• Bakı 23° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Meqastar koronavirusa yoluxdu: "Çox diqqətli olsam da...."

MƏDƏNİYYƏT

02 Fevral 2022 | 15:10 | Müəllif: Qalib İbrahimoğlu

Meqastar koronavirusa yoluxdu: "Çox diqqətli olsam da...."

Türkiyənin Meqastarı Tarkan koronavirusa yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ulduz sosial şəbəkədə bildirib.

Koronavirusdan qorunmaq üçün ailəsi ilə Almaniyaya gedən və aylarla orada yaşayan Tarkan İnstaqram hesabında etdiyi paylaşımda virusa 10 gün əvvəl qoluxduğunu, artıq sağaldığını bildirib

5,1 milyon izləyicisi olan İnstaqram hesabından foto paylaşan Meqastar, "10 gün əvvəl PCR testim müsbət çıxdı. Çox diqqətli olsam da, bu virusa tutuldum. Amma narahat olmayın, sağaldım. İndi yaxşıyam" yazıb.

Peyvənd haqqında müsbət, mənfi çox yazıldığını, deyilidiyini, çəkildiyini bildirən Tarkan qeyd edib ki, adam bəzən nəyə inanacağını bilmir: "Peyvənd olunduğuma görə şadam. Çünki bilirəm və peyvənd olunmayanların Kovidi daha çətin keçirdiyini görürəm. Aman, özünüzə yaxşı baxın, təhlükəsiz olun.

Əzizlərim. Sizi sevirəm" .

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026