Ukraynada müharibənin səkkizinci günündə rusiyalı bloger və teleaparıcı Viktoriya Bonya indi baş verənlərə görə ukraynalılardan üzr istəyib.
Bakıvaxtı.az xəbər verir ki, o, İnstaqramda mavi və sarı rəngli şəklini yerləşdirərək, “Üzr istəmək istəyirəm. Bütün qəlbimlə. Bağışlayın" sözlərini yazıb.
Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağıran Bonyaya daha bir aparıcı - Nastya İvleeva da qoşulub.
"Biz əsl fəlakətin şahidi olduq. Ukraynada insanlar ölür, şəhərlər dağıdılır, əsgərlərimiz ölür, onların çoxu çox gəncdir, informasiya müharibəsi gedir ki, biz sadə insanlar həqiqəti tapa bilmirik, Biz sadə insanların bir-birimizi lənətlədiyimiz, təhdid etdiyimiz və nifrət etdiyimiz vətəndaş informasiya müharibəsi”.
Bununla bağlı Rusiya rəhnərliyinə müraciət edən N.İvleeva. onları danışıqların ikinci raundunu yekun hərbi raund etməyə çağırır: “Mən sizi razılığa gəlməyə çağırıram, insanları ölümü dayandıracaq kompromislərə getməyə çağırıram.Sizi dayanmağa çağırıram” deyə “Qartal və quyruqlar” (Орёл и решка) verilişinin aparıcısı yazıb.
Nuranə Daxilqızı
















