• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Jerar Depardye ilk dəfə mövqeyini açıqladı: Bu qardaş müharibəsinin...

MƏDƏNİYYƏT

02 Mart 2022 | 18:46 | Müəllif: Subhan Mahmudov

Jerar Depardye ilk dəfə mövqeyini açıqladı: Bu qardaş müharibəsinin...

2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edən fransız aktyor Jerar Depardye Ukraynadakı hərbi əməliyyatlara olan münasibətini ilk dəfə şərh edib. O, tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, aktyor bu barədə "France-Presse" agentliyinə açıqlamasında bildirib.

"Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın" - deyə, Jerar bildirib.

Qeyd edək ki, aktyor Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. O, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı pasportunu alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026