Avroviziyanın səsvermə sistemində dəyişiklik edilib.
Bakıvaxtı.az xəbər verir ki, "12xal.com"un yaydığı məlumata görə, bununla bağlı Avropa Yayım Birliyi (EBU) qərar verib. Qərar 85% səs çoxluğu ilə qəbul olunub.
Qərarə əsaəsn, müsabiqədə münsif səsləri kimi təqdim olunan xallarda maksimal xal 12-dən 15-ə yüksələcək.
Daha öncə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 kimi olan səsvermə sistemi, 2022-ci ildən etibarən baş tutan bütün Avroviziya tədbirlərində 1, 2, 3, 4, 5, 7, 9, 11, 13, 15 kimi olacaq.
Qeyd edək ki, bu il İtaliyada keçiriləcək yarışmada Azərbaycanı Nadir Rüstəmli "Fade to black" mahnısı ilə təmsil edəcək.
Aytac Aslan
















