"Bu günə kimi doğma atamı görməmişəm. İndi məni axtarsa, yenə görüşmərəm. Çətin günlərimdə harada idi?"
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun “Həmin Zaur” proqramında qonaq olarkən deyib.
O, aparıcı Zaur Kamalın atası barədə sualına belə cavab verib: “Bu günə kimi doğma atamı görməmişəm. Dəfələrlə görüşmək istəmişəm, lakin qarşı tərəfdən eyni istək görmədim. Daha görüşmək istəmirəm. Anamın həyat yoldaşı mənə indi atalıq edir”.
















