• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanlı müğənninin adından pul yığan kimlərdi?

MƏDƏNİYYƏT

30 May 2022 | 11:34 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı müğənninin adından pul yığan kimlərdi?

Müğənni Vaqif Şıxəliyevə qarşı dələduzluq edilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkəd bildirib. Onun adından bir nəfərin dostlarından pul yığdığını deyən V.Şıxəliyev bununla bağlı polisə müraciət edib:

"Dostlar, mənim adımdan profil şəklimi qoyub, sizlərdən kart nömrəsi ataraq pul istəyən olarsa, qəti şəkildə aldanmayın. Hansısa firildaqçılar, dolandırıcılar bir neçə insanı aldadıb: guya "xəstəxanadayam, pulum çatmır" adıyla Vaqif Şıxəliyevdir deyib, karta pul köçürmələrini istəyib".

Müğənni dostlarından ehtiyatlı olmalarını, heç cür bu kimi fırıldaqçılara inanmamağı xahiş edir.

Onun sözlərinə görə, bu hərəkəti edən dələduzlar qanun qarşısında cavab verəcəklər: "Artıq bunla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR