• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Tanınmış müğənni niyə evə qapanıb? - "Getmək istəyirəm"

MƏDƏNİYYƏT-ŞOU

28 May 2022 | 13:52

Tanınmış müğənni niyə evə qapanıb? - Getmək istəyirəm

"Çox pis an yaşayıram. Evə qapanmışam, evdən küçəyə çıxmıram".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov "Günün sədası" proqramında deyib.

"Heç özüm də bilmirəm necəyəm. Yalandan deyim, yaxşıyam?" deyən müğənni depressiyada olduğunu bildirib.

K.Abbasov son günlər evə qapandığını, depressiyaya düşdüyünü söyləyib:

"Ona görə də kimdənsə, "necəsən" soruşmaq istəmirəm. Yüküm o qədər çoxdur ki, başqasının ağrısını eşitmək istəmirəm. Gülürəm ki, guya hər şey yaxşıdır. Amma yaxşı deyil".

Müğənni  Azərbaycandan birillik geymək barədə düşündüyü deyib: "Bütün neqativi burada qoyum, çıxım gedim. Vallah getmək istəyirəm. Evdə deyirəm ki, bir də görəcəksiniz yığdım əşyalarımı getdim". 

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024