• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Heç kimin ərini əlindən almamışam"

MƏDƏNİYYƏT-ŞOU

25 Iyun 2022 | 17:27

Heç kimin ərini əlindən almamışam

Türkiyəli aktrisa Tuba Ünsal "BluTv"də yayımlanan "40" proqramına qonaq olub.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, boşanma ərəfəsində olan iş adamı Caner Karaloğluyla eşq yaşadığı üçün uzun müddət medianın gündəmində olan aktrisa "Yuva dağıdan qadın olmusan" sualından sonra göz yaşlarına hakim ola bilməyib:

"Heç vaxt. Çox da qorxuram. Nə desəm də boşdur, mənim içim rahatdır. Heç kimin evini dağıtmamışam, ərini əlindən almamışam. Belə olmasaydı, məhkəmə də cəza verərdi. Şikayət geri alınmazdı. Yalan desəydim, bu məsələdən tər-təmiz çıxardım. Məndən soruşanda tanıyıram dedim".

Qeyd edək ki, Canerin modelyer həyat yoldaşı Elisabeth Masla aktrisa məkanların birində qarşılaşıb, mübahisə yaşamışdı. Tərəflər biri-birindən şikayətçi olmuşdu. Ünsal hadisədən sonra münasibətini sonlandırmış, cütlük isə barışmışdı.


SON XƏBƏRLƏR