• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Əxlaqımı sorğulayanlar özünü tanımayanlardır”

MƏDƏNİYYƏT

27 May 2022 | 18:08 | Müəllif: Subhan Mahmudov

“Əxlaqımı sorğulayanlar özünü tanımayanlardır”

Müğənni Melek Mossonun İspartada planlaşdırılan konserti ləğv olunub.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, buna səbəb kimi şəhərin Anadolu Gənclik Dərnəyi və Milli Gənclik Vəqfi ifaçının onların inanc və ənənələrinə uyğun olmadığını deyib.

Hətta sənətçinin afişaları da yığışdırılıb və bununla bağlı paylaşımlar silinib.

Bundan sonra Mosso açıqlama verib.

"Mən bu ölkənin qadınıyam. Hər gün ideyalarım, baxışlarım və arzularımla sənətimi gələcəyə aparıram. Böyük-kiçik, milyonlarla pərəstişkarım var. Bir neçə özünü tanımayana qalmayıb ki, əxlaqımı sorğulasın, xanımlığımı təhqir etsin. 

Bu beyinə sahib insanlar qaranlığı və azğınlığı öz qəlblərində gizlədirlər. Onu həyatımıza qatmağa çalışırlar, amma mən buna heç vaxt icazə vermərəm, verməyəcəyik... Mütləq İspartaya gedəcəm və mahnılarımı oxuyacam. Bu gün olmasa da, sabah qəlbimiz qucaqlaşacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR