Amerikalı aktrisa Merilin Monro ABŞ Prezidenti Con Kennedy tərəfindən təsadüfən məxfiliyi götürülmüş yadplanetlilərlə haqqında sənədlər səbəbilə öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu, İngilis yazıçısı Nik Redfernin "Gündəlik Sirlər: Yadplanetlilərin sövdələşməsi və Merilin Monronun sirli ölümü" kitabında deyilir.
Redfernə görə, aktrisa qəzaya uğramış uçan boşqab və ABŞ hərbi bazalarında saxlanılan qəribə cəsədlər haqqında gizli məlumatlardan xəbərdar olması səbəbindən öldürülüb. Monronun ölümünün rəsmi versiyasına həddindən artıq narkotik dozadan istifadə olmasına baxmayaraq, yazıçı bunun MKİ agentləri tərəfindən yadplanetlilər haqqında məlumatların cəmiyyətə sızmaması üçün qurma olduğuna əmindir.
Merilin Monro avqustun 5-i 1962-ci ildə 36 yaşında dünyasını dəyişib. Aktrisanın ölümünün rəsmi səbəbi kimi, yuxu dərmanından həddindən artıq istifadə etdiyi dozasıdır. Ancaq ölümünün qəza, qətl və ya intihar olub-olmadığı hələ bilinmir. Məlumdur ki, məşhur və nüfuzlu ulduzun kommunistlərin tərəfinə keçəcəyindən qorxaraq FTB onu 1955 -ci ildən bəri izləyib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















