İşıqlandırma sistemləri sahəsində pərakəndə satış şirkətlərindən biri olan “Lumegrand” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Mərkəzi Bank “Lumegrand” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərib.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
İbRa









jpg-1667454140jpg-1667474595.webp)






