Türkiyəli aktyor Erdal Özyağcılar koronavirusa yoluxub.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə 74 yaşlı aktyor sosial media hesabında yazıb.
4 dəfə vaksin vurduğunu deyən aktyor, buna baxmayaraq, virusdan qaça bilmədiyini bildirib.
"Qrip kimi bir şeydir, amma siz yenə də diqqətli olun. Pəyvəndlərinizi vurdurun. Əyləncəlrə görə qapalı yerlərdən uzaq durun. 1 həftə, 10 gün sonra yenidən səhnədə olacağam", - məşhur aktyor yazıb

















