• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Avroviziya-2022”nin aparıcıları açıqlandı

MƏDƏNİYYƏT

03 Fevral 2022 | 15:51

“Avroviziya-2022”nin aparıcıları açıqlandı

İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin aparıcıları açıqlanıb.

Bakıvaxtı.az “Eurovision.tv”yə istinadən xəbər verir ki, bu il tədbirin aparıcıları Laura Pauzini, Alessandro Kattelan və Mika olacaqlar.

Laura Pauzini – “Qremmi” və “Qızıl qlobus” kimi bir çox nüfuzlu mükafatın laueratı olan italiyalı müğənnidir.

Alessandro Kattelan – “Total Request Live”, “Le Iene”, “The X Factor” layihələrindən tanınan italiyalı aparıcıdır.  

Mika – amerika-livanəsilli britaniyalı müğənnidir. O, “The Voice”in Fransa versiyasında və “The X Factor”un İtaliya versiyasında ustad olub.

Qeyd edək ki, “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsi 10-14 may tarixlərində keçiriləcək. Azərbaycan müsabiqədə iştirakını təsdiqləyib.


“Avroviziya-2022”nin aparıcıları açıqlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR