• Bakı 18° C

    6.48 m/s

Məşhur futbolçu "Qalatasaray"a geri dönür

İDMAN

12 May 2022 | 21:30 | Müəllif: Subhan Mahmudov

Məşhur futbolçu "Qalatasaray"a geri dönür

2020/2021 mövsümündə "Qalatasaray"da çıxış etmiş Henri Onyekuru yenidən İstanbul təmsilçisində çıxış etməyə yaxındır.

Bakıvaxtı.az offsideplus.az-a istinadla xəbər verir ki, hazırda Yunanıstan "Olimpiakos"unda forma geyinən 24 yaşlı nigeriyalı vinger özünü bu komandada xoşbəxt saymır. Səbəb isə Onyekurunun əksər matçlarda ehtiyat oyunçular skamyasında yer almasıdır.

Futbolçunun meneceri Villiam D'Avila onu yenidən "Qalatasaray" rəhbərliyinə təklif etdiyini deyib. "Cim-bom" rəhbərliyinin Onyekurunun qayıtması məsələsinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, adıçəkilən futbolçu ötən ildən "Olimpiakos"da çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026