"Barselona"nın futbolçusu Usman Dembele klubun yeni müqavilə təklifini qəbul etməyib.
Bakıvaxtı.az sport.es-ə istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Joan Laporta məlumat verib: "Dembeleyə yeni müqavilə təklif etdik, ancaq o, qəbul etmədi".
Qeyd edək ki, 25 yaşlı fransalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.
















