• Bakı 15° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

"Qarabağ"dan azarkeşlərə sürpriz

İDMAN

11 Iyul 2022 | 12:49 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"dan azarkeşlərə sürpriz

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" - "Lex" oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub görüşə gələcək azarkeşləri sürpriz gözlədiyini bildirib. Oyundan əvvəlki konsert proqramı 18:30-da başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" - "Lex" oyunu iyulun 12-si saat 20:00-da start götürəcək. Komandalar arasında ilk matç "Lex"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR