• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Mançester Yunayted”in əfsanəsi Haalandı Ruud van Nistelroya bənzətdi

İDMAN

10 Avqust 2022 | 12:11

“Mançester Yunayted”in əfsanəsi Haalandı Ruud van Nistelroya bənzətdi

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Pol Skoulz “Mançester Siti”nin heyətinə cəlb olunmuş Erlinq Haalandı “qırmızı şeytanlar”ın keçmiş hücumçusu Ruud van Nistelroya bənzədib.  

Bakıvaxtı.az xəbər verir ki, “O, çox gənc olmağına baxmayaraq, özünə çox inamlıdır. O, mənə Ruud van Nistelroyu xatırladır. O, rəqibin cərimə meydançasına girəndə hiss edirsən ki, qapıçıya heç bir şans vermədən qol vuracaq. Penaltidən əvvəl də o, özünə çox arxayın idi - sadəcə bir addım atdı və aşağı küncə zərbə endirdi”, – Pol Skoulz gənc norveçli haqda fikirlərini bölüşərkən deyib.

Xatırladaq ki, Van Nistelroy 2001-2006-cı illərdə “Mançester Yunayted”də çıxış edib. “Qırmızı şeytanlar”ın forması ilə 218 oyuna çıxan niderlandlı 150 qola imza atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026