• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Renat Dadaşov İsveçrədə ayın futbolçusu seçildi

İDMAN

09 Sentyabr 2022 | 03:31 | Müəllif: Subhan Mahmudov

Renat Dadaşov İsveçrədə ayın futbolçusu seçildi

"Qrasshopper"də çıxış edən millimizin hücumçusu Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı futbolçusu seçilib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Millimizin üzvü 3 qol və 1 məhsuldar ötürmə ilə hazırda bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Vulverhempton"dan "Qrasshopper"ə keçib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026