• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan - Polşa oyununda 7 qol vuruldu

İDMAN

07 Oktyabr 2022 | 23:09 | Müəllif: Subhan Mahmudov

Azərbaycan - Polşa oyununda 7 qol vuruldu

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb.

Bakıvaxtı.az matc.az-a istinadən bildirir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib.

Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.
 
Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib - 3:0.
 
DÇ-nin seçmə mərhələsi
6-cı qrup
7 oktyabr
 
Azərbaycan - Polşa 4:3
Qol: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026