• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Neftçi" məğlubiyyətdən son anda xilas oldu

İDMAN

05 Noyabr 2022 | 21:57 | Müəllif: Subhan Mahmudov

"Neftçi" məğlubiyyətdən son anda xilas oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Neftçi" Sumqayıtda eyniadlı komandanın qonağı olub. "Kapital Bank Arena"da oynanılan görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İlk qolu 42-ci dəqiqədə meydan sahibləri vurublar. Yeni transfer Riçard Qadze fərqlənib. 47-ci dəqiqədə Qodsvey Donyo tarazlığı bərpa etsə də, 61-ci dəqiqədə Murad Xaçayev "gənclik şəhəri" təmsilçisini yenidən hesabda önə keçirib. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Ataa Caber qoyub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan "Sumqayıt" isə sonuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" səfərdə "Turan Tovuz"a 3:1, "Qəbələ" isə evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 6-da keçiriləcək "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" görüşləri ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026