• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Prosineçki "Neftçi"yə keçir?

İDMAN

05 Dekabr 2022 | 17:16

Prosineçki "Neftçi"yə keçir?

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin "Neftçi"nin sükanı arxasına keçə biləcəyi ilə bağlı xəbər yayılıb.

Bakıvaxtı.az  xəbər verir ki, xorvatiyalı mütəxəssisin "ağ-qaralar"ın hazırkı baş məşqçisi Laurentsiu Regekampfı əvəzləməyə əsas namizədlərdən biri olduğu bildirilib.

Məlumatı dəqiqləşdirmək üçün Prosineçkinin özü ilə əlaqə saxlanılıb. O, "Report"a açıqlamasında xəbəri təkzib edib: "Klubdan mənimlə əlaqə saxlayan olmayıb. Bu isə o deməkdir ki, belə bir şey yoxdur. Bunu ilk dəfə sizdən eşidirəm. Azərbaycanı çox sevirəm, yenidən orada çalışmaq istəyərəm. Amma real olmayan hadisə barədə danışmaq istəmirəm".

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026