• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Simeon Slavçev III liqa klubuna keçdi

İDMAN

04 Yanvar 2023 | 13:27

Simeon Slavçev III liqa klubuna keçdi

"Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Polşanın III Liqasında mübarizə aparan "Veçistu" komandasına keçib.

Bakıvaxtı.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

30 yaşlı oyunçu yeni komandasında 88 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 2018 - 2020-ci illərdə "Qarabağ"ın şərəfini qorumuş Simeon Slavçevin son klubu Polşa "Lexiya"sı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026