• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Neftçi" Avstriyaya yola düşüb

İDMAN

10 Avqust 2022 | 09:21

"Neftçi" Avstriyaya yola düşüb

"Neftçi" "Rapid" (Vyana) komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, "ağ-qaralar"ı paytaxt Vyanaya aparan təyyarə saat 09:10-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Yeni transfer Vato Arveladze də komanda ilə birlikdə səfərə yollanıb. 24 yaşlı gürcüstanlı oyunçu "Rapid"lə qarşılaşmalara sifariş olunmadığı üçün meydana çıxa bilməyəcəkk. Klub prezidenti Kamran Quliyev Türkiyədə olduğu üçün oradan özü ayrıca Vyanaya gedərək komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, sabah keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.


"Neftçi" Avstriyaya yola düşüb"Neftçi" Avstriyaya yola düşüb"Neftçi" Avstriyaya yola düşüb"Neftçi" Avstriyaya yola düşüb"Neftçi" Avstriyaya yola düşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026