Braziliya millisinin sabiq üzvü Ronaldinyo İngiltərə Premyer Liqasında ən çox bəyəndiyi klubun adını açıqalyıb.
Bakıvaxtı.az "Mirror"a istinadən xəbər verir ki, o, "Liverpul"u fərqləndirib:
“Yalnız birini seçmək çətindir. Müxtəlif komandaların oyunçularını bəyənirəm. Amma yəqin "Liverpul"u seçərdim. Mən Mersisayd klubunun hücumçularını izləməyi çox sevirəm".
Xatırladaq ki, "Liverpul" 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlini ikinci yerdə tamamlayıb. Yurgen Kloppun baş məşqçisi olduğu komanda ötən mövsüm İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.
















