• Bakı 22° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Məşhur istirahət mərkəzi bağlandı - fantastik qiymətə satışa çıxarıldı

İQTİSADİYYAT

29 May 2025 | 11:02

Məşhur istirahət mərkəzi bağlandı - fantastik qiymətə satışa çıxarıldı

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən Duyma Hotel İstirahət və Sağlamlıq Mərkəzi fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hotel hazırda satışa çıxarılıb. 

Altı hektar sahəyə malik olan istirahət mərkəzinin ərazisində 38 otaqdan ibarət üç mərtəbəli hotel binası mövcuddur.

İaşə müəssisəsinin bağlanması və satışa çıxarılmasının səbəbi açıqlanmayıb. Sahibinin adı açıqlanmayan hotel alıcılara 6 milyon dollara təklif olunur.


SON XƏBƏRLƏR

30 May 2025