Moskvanın Basman Rayon Məhkəməsi “Pervıy kanal” telekanalının keçmiş redaktoru Marina Ovsyannikova barəsində qiyabi həbs cəzası verib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məhkəmə Ovsyannikovanı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilərək barəsində 8,5 il müddətinə həbs cəzası çıxarıb.
Məhkəmə, həmçinin ona dörd il müddətinə elektron və ya informasiya-telekommunikasiya şəbəkələrinin, eləcə də internet saytlarının idarə edilməsi ilə bağlı fəaliyyətlə məşğul olmağı qadağan edib.
















