Türkiyəli məşhur müğənni Simge Sağın yeni maşını ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni konsertlərdən əldə etdiyi gəlirin bir hissəsini lük avtomobilə xərcləyib.
Son model "Jeep" alan müğənni nə az, nə çox - 7 milyon lirə (551 min 633 manat) avtomobilə pul sayıb. Verilən məlumata görə, Simge maşını üçün ad və soyadının baş hərfləri olan "SS" dövlət qeydiyyat nişanı da alıb.
Qeyd edək ki, Simge Sağın "Aşkın olayım" ifası ilə daha da məşhurlaşıb.
Xəyalə Rza