Türkiyənin məşhur aktrisası Tuğçe Özbudak iflc olub.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında məlumat paylaşıb. Belə ki, təcili əməliyyat olunan Tuğçe sevənlərindən dua istəyib.
"Ayağımdakı ağrı sandığımdan daha ciddidir. Bugün təcili əməliyyat edəcəklər. Sağ ayağım 80% hissiyatını itirib. Axtaran, soruşan hər kəsə təşəkkür edirəm. Allahın izni ilə mən bununda öhtəsindən gəlməyi bacaracam",-deyə bildirib.
Qeyd edək ki, Tuğçe Özbudak 2008-2010-cu illərdə "Adanalı" serialındakı "Pınar" obrazı ilə tanınıb.
Xəyalə Rza


















