Türkiyəli sənətçi Nazan Öncəlin başına iş gəlib.
Bakıvaxtı.az-ın məlumatına göeə, belə ki, Nazan Öncəl evinin bağçasında gəzərkən başına dibçək düşüb. Lakin dibçəyin bir hissəsinin belinə düşməsi nəticəsində başı çox zədələnməyən sənətçi "həyat nazik ipə bağlıdır",- deyə bildirib.
"Görünməz qəzadır. Sonuncu bir addımı atmasaydım, bəlkə də "başına düşən dibçəyə görə, Nazan öldü" kimi yazılardı. Həyat yumuşaq sapdan asılır",-deyə vurğulayıb.
Qeyd edək ki, Nazan yaxın günlərdə yüksək təzyiq səbəbi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin təkidi ilə o, siqaret vərdişinə son qoyub.
Xəyalə Rza