"Universitetin 1-ci kursunda oxuyanda Rafiq Babayev məni Azərbaycan Televiziyasına solist götüzdürüb dedi ki, bizim Brilliant Dadaşova kimi gənclərə ehtiyacımız var".
Bakıvaxtı.az xəbər verir ki, bu sözlçəri Xalq artisti Brilliant Dadaşova iştirak etdiyi verilişdə səsləndirib.
Onun sözlərinə görə, Rafiq Babayev bildirib ki, Brilliantı afişalara vuranda gənclər, böyüklər, kiçiklər hamı konsertə gəlir və işə götürməliyik ki, dərsə getməyəndə biz ona buradan sənəd verə bilək.
"Çox gözəl günlər idi... Mənim üçün böyük şərəf idi. Şövkət Ələkbərovanın, Rəşid Behbudovun solist olduğu məkanda mən solist oldum",-deyə B.Dadaşova vurğulayıb.
Sənətçi əlavə edib ki, sonra “cəbhə” gəlib onu AzTV-dən işdən çıxarıb: "Mübariz mahnılarını mən ifa etmişdim. 1988-ci ildə “Haydı-haydı, igidlərim, birləşin” mahnısını oxumuşdum. O zamanlar AzTV-nin rəhbərliyi mənə bu mahnını oxumağıma görə, töhmət verdi. Dedilər ki, bir daha belə şeylər təkrar olmasın”.
B.Dadaşovanın sonda qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycana başçılıq edəndən sonra yenidən AzTV-də solist kimi çalışmağa başlayıb: “Amma Uldu Öndərimiz gələndən sonra AzTV-ni Babək Hüseynoğlu idarə edirdi. O zəng etdi mənə dedi, Heydər Əliyev söyləyib ki, kim işdən çıxarılıbsa, hamı yenidən işə qaytarılsın. Beləcə mən yenidən AzTV-yə solist kimi qayıtdım. İki il işləmədim. İndi isə heç bilmirəm haranın solistiyəm”.
Xəyalə Rza







jpg-1697785216.webp)





jpg-1697618940.webp)


