Türkiyəli məşhur müğənni Sərdər Ortaç açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, müğənni səhnə ilə vidalaşır.
S.Ortaç sosial şəbəkədə açdığı canlı yayımda bu barədə danışıb. 53 yaşlı sənətçi rayona köçüb orda yaşayacağını bildirib.
“Namaza başlayacağam, amma vaxtı deyil. 60 yaşlarımda başlayacağam. İndi dua edim, axşam səhnəyə çıxım, içki versinlər. Nə işə yaradı o zaman duam? Heç nə məni xoşbəxt etmir. Mən kəndə köçəcəyəm, bu mənim vidamdır. 60 əyaləti gəzib bitirib təqaüdə çıxacağam. Mən qəti qərar verdim, 2024-cü ildə gedirəm, buraxıram",-deyə qeyd edib.
Xəyalə Rza
















