• Bakı 17° C

    3.34 m/s

Məşhur müğənni toyundan bir neçə saat sonra ölü tapıldı

CƏMİYYƏT

29 Noyabr 2022 | 14:28

Məşhur müğənni toyundan bir neçə saat sonra ölü tapıldı

Country musiqi növünün tanınmış simalarından olan Ceyk Flint toyundan bir neçə saat sonra ölü tapılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Ceyk Flint illərdi onun meneceri olan Brenda ilə şənbə günü dəbdəbəli mərasimlə toy edib. Ertəsi gün isə Flint yatağında ölü tapılıb.

Ceyk Flint 1985-ci ildə Oklahoma ştatının cənub-şərqindəki Holdenville şəhərində anadan olub. Con Denver, James Tyler və Dire Straits kimi adları dinləyərək, Nirvana, Pearl Jam və Foo Fightersdan təsirlənən Ceyk atası ALS xəstəsi olduqdan sonra musiqiyə başlayıb.

İlk dəfə Texas və Oklahomada mahnı müəllifi kimi görünən müğənni Tom Skinner, Bob Childers, Boland, Canada, McClure, Chris Knight kimi adlarla çalışıb. Daha sonra o, karyerasına müğənniliyi də əlavə edib.

Oklahoma Red Dirt stilinin əhəmiyyətli adlarından biri hesab edilən Flint 2016-cı ildə “I'm Not Okay” adlı ilk albomunu buraxıb. Bundan sonra daha 3 albomu çıxan müğənni qrupu ilə birlikdə Texasda və ətrafında bir çox musiqi festivallarında da çıxış edib.

Aytac Aslan


Məşhur müğənni toyundan bir neçə saat sonra ölü tapıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026