Müğənni İrem Derici "Twitter"də mavi tik nişanı ilə bağlı İlon Maska reaksiya verib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mavi tiki geri almaq üçün pul ödəyən Derici "Twitter"də Maskı işarələyərək "Çox pul verdim, mavi tikim haradadır?" yazıb.
Qeyd edək ki, dünya şöhrətli iş adamı və texnologiya sahibkarı İlon Maskın "Twitter"i alması ilə sosial media platformasında yeni dövr başlamışdı. Bəzi "Twitter" istifadəçilərinə ödəniş etmədiklərinə baxmayaraq, “mavi tik” nişanı verilsə də, pul ödədiyi halda nişanı hələ ala bilməyənlər də var.
Beyons, Harri Keyn, Riçard Osman və Viktoriya Bekhem nişanlarını geri ala bilsələr də, İrem Derici hələ də gözləyir.
Ay Tac
















