• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

İbrahim Tatlısəs nəvəsini məhkəməyə verdi

MƏDƏNİYYƏT-ŞOU

25 May 2023 | 17:17

İbrahim Tatlısəs nəvəsini məhkəməyə verdi

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs nəvəsini məhkəməyə verib.

Bakıvaxtı.az bu barədə "HaberGloball"a istinadla xəbər verir.

İbrahim Tatlısəsin oğlu Ahmet Tatlısəslə yaşadığı problemlərə biri də əlavə olunub. Belə ki, əvvəllər miras davasına görə Ahmet Tatlısəsi məhkəməyə verən "İmperator" bu dəfə nəvəsi Mert Tatlısəslə məhkəmədə üz-üzə gələcək.

Verilən məlumatlara görə, Mert Tatlısəs İbrahim Tatlısəsin evində yaşayır.

İbrahim Tatlısəs 5 ildir Sarıyer Oyak Sitesindəki mənzilində onun razılığı olmadan yaşayan nəvəsini evi zəbt etməkdə ittiham edir.

Murad Məmmədli


SON XƏBƏRLƏR

01 May 2024