• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Planet Parni iz Baku" sürücüləri təhqir etdi - VİDEO

MƏDƏNİYYƏT-ŞOU

26 May 2023 | 11:35

Planet Parni iz Baku sürücüləri təhqir etdi - VİDEO

"Planet Parni İz Baku"nun sonuncu konsert proqramından "TikTok"da yayımlanan görüntülər izləyicilərin müzakirəsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən göruntülərdə "Planet Parni iz Baku" iştirakçılarının suallara verdikləri cavablar tamaşaçıları qəzəbləndirib. Belə ki, Əməkdar artist Tahir İmanovun səsləndirdiyi "Nəyə görə Bakının ekologiyası pozulub" sualına Cabir İmanov belə cavab verib:

"Niyə belə deyirsiz? Bakı çox təmiz və ekoloji şəhərdir. Görün, burada nə qədər vitaminlər var. Bizim taksilərimiz badımcandır, avtobus sürücüləri xiyardır, avtoşlarımız isə balqabaqdır".

Onun bu fikirləri birmənalı qarşılanmayıb. İzləyicilər onların sürücüləri təhqir etdiyini və zarafatın gülməli olmadığını rəylərdə qeyd ediblər.

Xəyalə Rza


SON XƏBƏRLƏR