• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Məşhur meyxanaçı özünə qəbir qazdırdı

MƏDƏNİYYƏT

25 Iyun 2023 | 10:28

Məşhur meyxanaçı özünə qəbir qazdırdı

Meyxanaçı Ağamirzə sağikən özünə qəbir qazdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə meyxanaçı qatıldığı verilişlərin birində bildirib. Onun sözlərinə görə, hətta bir dəfə də qəbirin yerini su basdığı üçün dəyişib:

"Mən təzə vaxtı bunu edəndə qohumlar, dostlar hamısı məni qınadı, dedilər bədlik etmə. Ancaq mən onlara dedim ki, ölüm haqdır! Bir gün hər kəs ora gedəcək".

Meyxanaçı hətta arada bir qəbrini ziyarət etdiyini də deyib: "Arada gedib ora baxıram. Öz özümə deyirəm ki, bura sənindi, çaşma. Ora mənim üçün məktəbdir. Deyirəm özümə ki, ola bilər, sabah burda yatasan".

Qeyd edək ki, öz qəbrini meyxanaçı atasının qəbrinin yanında qazdırıb. 

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026