Dağıstan Respublikasının kikboksinq üzrə yığma komandasının keçmiş baş məşqçisi Əhməd Əhmədova dövlət xəyanəti maddəsi ilə cinayət işi başlayıb.
Bakıvaxtı.az xarici mediaya istin adən xəbər verir ki, o, Ukrayna Silahlı Qüvvələrinin “Xort” ərazi müdafiə taborunun tərkibində döyüşlərdə iştirak edib. Əhməd Əhmədov bir müddət sonra imam Şamil adına Dağıstan könüllüləri taborunun tərkibinə keçib.
Məlumata görə, o, 2017-ci ildən Ukraynada yaşayır. Əhməd Əhmədov Ukrayna Peşəkar Kikboksinq Federasiyası “K-1”ın prezidenti təyin edilib. Onun yetirmələri arasında rusiyalı idmançılar Bəşir Tacdinov, Rəcəb Əliyev, Məhəmməd Saidov və başqaları var./“Mash” teleqram kanalı







jpg-1703221225.webp)








