• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çexiya universitetdəki atışmanı terror aktı hesab etmir

DÜNYA

22 Dekabr 2023 | 00:48 | Müəllif: Subhan Mahmudov

Çexiya universitetdəki atışmanı terror aktı hesab etmir

Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışmanın terrorizm və ya mütəşəkkil cinayətlə əlaqəsi yoxdur.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

"Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində baş verən atışma terror aktı deyil və mütəşəkkil cinayətlə əlaqəsi yoxdur. Hazırda baş verənlər tək adamın işi kimi görünür”, - deyə Fiala bildirib. 

Onun sözlərinə görə, polis və təhlükəsizlik xidmətləri baş naziri əmin ediblər ki, vəziyyətə tam nəzarət edirlər və heç bir şey vətəndaşları təhdid etmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026