• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salındı

DÜNYA

20 Yanvar 2024 | 22:20

Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salındı

Batumi-İstanbul reysi Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması ilə bağlı anonim xəbərə görə iki saat təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Birinci Kanal" “TAV Georgia” hava limanını idarə edən şirkətə istinadən məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, Tbilisi vaxtı ilə saat 17:40-da uçmalı olan reys yalnız saat 19:40-da uçub.

Yanvarın 20-də axşam saatlarında bomba barədə məlumat verilib və istehkamçılar hadisə yerinə gəlsələr də, partlayıcı qurğu tapmayıblar. Gürcüstan qanunvericiliyinə görə, yalan məlumat verən şəxsi inzibati cəza gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026