• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Türkiyə AŞPA-nın Azərbaycanla bağlı mövqeyini səhv hesab edir" - Ərdoğan

DÜNYA

19 Fevral 2024 | 18:49 | Müəllif: Subhan Mahmudov

"Türkiyə AŞPA-nın Azərbaycanla bağlı mövqeyini səhv hesab edir" - Ərdoğan

Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatı ilə bağlı qərarını yanlış hesab edir və bu qərarın ləğvi üçün bütün addımları atacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu xüsusilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Türkiyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə bağlı qərarı qəti şəkildə rədd etdiyini bildirib. Bu struktur qarşıdurma platforması deyil, demokratiyanın gücləndirilməsi adı ilə dialoq platformasıdır. Biz AŞPA-nı məhz belə görürük”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, Ankara Bakını dəstəkləməyə davam edəcək və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı hüquqlarının bərpası üçün hər cür səy göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026