• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Misir bu ərazini Türkiyəyə satır - ŞOK İDDİA

DÜNYA

20 Mart 2024 | 18:22 | Müəllif: Subhan Mahmudov

Misir bu ərazini Türkiyəyə satır - ŞOK İDDİA

Yunanıstan mətbuatı Türkiyə ilə Misir arasında çox mühüm müqavilə imzalanacağını iddia edib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə son illərdə Şərqi Aralıq dənizi və Afrikada varlığını gücləndirmək üçün göstərdiyi səylərlə beynəlxalq aləmdə diqqət çəkib. Bu çərçivədə "Ta Nea" qəzeti Türkiyənin Misirlə mümkün liman razılaşması edə biləcəyi iddiasını gündəmə gətirib.

Xəbərdə Türkiyənin iqtisadi imkanlar axtardığı vurğulanıb və Misirin əvvəlki razılaşma əsasında Ras Əl-Hikmə bölgəsini Birləşmiş Ərəb Əmirliklərinə satması xatırladılıb. Belə bir razılaşmanın Türkiyə ilə də bağlana biləcəyi irəli sürülüb.

Lakin bu müqavilənin təkcə Misirlə məhdudlaşmayacağı, Türkiyənin digər Afrika ölkələri ilə ticarət əlaqələrini gücləndirəcəyi bildirilib. Xəbərdə Türkiyənin Afrikada artan diplomatik və iqtisadi varlığına, xüsusilə də Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi diplomatik nailiyyətlərə istinad edilib.

Bu səylərə nümunə olaraq Türkiyənin Afrikada açdığı 26 səfirliyin və qitədə iş dünyasının həyata keçirdiyi layihələrin ümumi dəyərinin 85,5 milyard dolları keçdiyi vurğulanıb./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026