• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Günəşdə iki güclü partlayış baş verdi

DÜNYA

20 Mart 2024 | 18:39 | Müəllif: Subhan Mahmudov

Günəşdə iki güclü partlayış baş verdi

Günəşdə iki yüksəkdərəcəli partlayış qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

“Martın 20-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 15 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 10:36-da isə rentgen diapazonunda 24 dəqiqə davam edən M7.4 partlayışı müşahidə olunub. Partlayış qısa radiodalğalarda kəsilmələrlə müşayiət olunub”, - deyə məlumatda bildirilib.

İkinci partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi, kosmik hava məlumatlarına əsasən, beşlik şkala üzrə R2 (orta) səviyyəsinə yüksəlib ki, burada ən yüksək göstərici R5-dir (ekstremal).

Günəşdə partlayışlar bir qayda olaraq, günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, bu da Yerdə maqnit qasırğalarına səbəb ola bilir./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026