• Bakı 20° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Eyfel qülləsi tətil səbəbindən bağlanacaq

DÜNYA

19 Fevral 2024 | 22:10 | Müəllif: Subhan Mahmudov

Eyfel qülləsi tətil səbəbindən bağlanacaq

Eyfel qülləsinin işçiləri bu memarlıq abidəsinin idarə olunması üçün iqtisadi strategiyanın dəyişdirilməsini tələb edərək tətilə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

İşçilərin qülləni idarə etmək üzrə mövcud strategiyanı pisləməsi səbəbindən qülləyə giriş bağlanıb. Onların fikrincə, hazırkı iqtisadi model tələb olunan təmir xərclərinin aşağı təxminlərinə və gələcək gəlirin yüksək gözləntilərinə əsaslanır.

Həmkarlar ittifaqları koronavirus pandemiyasından sonra turistlərdən gələn gəlirin 120 milyon avrodan çox azaldığına diqqət yetirməyi tələb edirlər. Onlar Eyfel qülləsini yaxşı vəziyyətdə saxlamaq üçün lazım olan təmir işlərini maliyyələşdirəcək xüsusi fondun yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Eyfel qülləsi sonuncu dəfə işçi tətilinə görə 2023-cü il dekabrın 27-də, yaradıcısının ölümünün 100-cü ildönümündə bağlanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026