• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniyada on minlərlə insan etiraz aksiyası keçirib

DÜNYA

20 Yanvar 2024 | 21:49

Almaniyada on minlərlə insan etiraz aksiyası keçirib

Almaniyanın müxtəlif şəhərlərində sağçı qüvvələrə və “Almaniya üçün Alternativ” partiyasına qarşı keçirilən nümayişlərdə on minlərlə insan iştirak edib.

Bakıvaxtı.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu etiraz aksiyalarından biri Frankfurt-Maynda baş tutub.

Yerli polisin məlumatına görə, 35 minə yaxın insan şəhərin küçələrinə çıxıb. Mitinq “Demokratiyanı müdafiə et” şüarı altında keçirilib.

Hannoverdə də on minlərlə insan sağçılara qarşı nümayiş keçirib. Fəallar əllərində “Faşizm alternativ deyil” sözləri yazılmış plakatlar qaldırıblar. Mitinqdə Aşağı Saksoniyanın baş naziri Stefan Vayl və Almaniyanın keçmiş prezidenti Kristian Vulf çıxış ediblər. S.Vayl toplaşanları sağçılara qarşı açıq mövqe tutmağa, insan hüquqları və demokratiyanı müdafiə etməyə çağırıb.

Oxşar etirazlar Erfurt, Frayburq və Koblenzdə də keçirilib.

Yanvarın 21-də Berlində sağçı qüvvələrə qarşı geniş mitinq də planlaşdırılır.

Qeyd edək ki, son günlər “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi məsələsi Bundestaqda gündəmə gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026