• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Süveyş kanalından əldə olunan gəlir azalıb 

DÜNYA

19 Fevral 2024 | 17:48

Süveyş kanalından əldə olunan gəlir azalıb

Misirin qlobal gəmiçilik marşrutu olan Süveyş kanalından əldə etdiyi gəlir 40-50 faiz azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Misirin prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə Misir Beynəlxalq Sərgi Mərkəzi Konfransında verdiyi açıqlamada bildirib.

“Misir 2 il ərzində Covid-19 epidemiyasının, Ukrayna-Rusiya müharibəsinin nəticələrindən əziyyət çəkdi. Hazırda isə Qəzza zolaqdakı böhrana görə Misirə ildə təqribən 10 milyard dollar gəlir gətirən gəmi ziyarəti 40-50 faiz azalıb. Biz şikayət etmirik, faktları danışırıq”.

Qeyd edək ki, Süveyş kanalı Avropa ilə Asiya arasında ən qısa gəmiçilik yolu olmaqla yanaşı, Misirin əsas valyuta mənbələrindən biri hesab olunur.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026