• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İŞİD-ə qarşı əməliyyat: 304 şübhəli saxlanıldı

DÜNYA

22 Dekabr 2023 | 09:49

İŞİD-ə qarşı əməliyyat: 304 şübhəli saxlanıldı

Türkiyənin 32 əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 304 şübhəli saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" səhifəsində yazıb.

Nazir Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsi ilə əlaqələndirilmiş şəkildə 32 əyalətdə eyni vaxtda “Kahramanlar-34” əməliyyatı təşkil etdiklərini vurğulayıb. Onun sözlərinə görə, İstanbul, İzmir və Şanlıurfa da daxil olmaqla, həmin bölgələrdə 304 şübhəli nəzarətə alınıb.

Ə.Yerlikaya bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizə qətiyyətlə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026