• Bakı 17° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Mətanət Əsədova və Zülfiyyə Bayramova arasında gərginlik

CƏMİYYƏT

07 Iyun 2023 | 16:04

Mətanət Əsədova və Zülfiyyə Bayramova arasında gərginlik

"Gəl publikaya işləməyək. Konkret indi publikaya işləyirik ki, camaat baxıb “əhsən” desin!"

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri hüquqşünas Zülfiyyə Bayramova "Elgizlə izlə" verilişində qonaq olarkən müğənni Mətanət Əsədovaya deyib.

Verilişə iştirakçı qismində gələn vətəndaşa Mətanət Əsədova fikirlərini bildirib. O, anasını nə olsa da bağışlamağını söyləyib. "Kaş mənim anam arabada olardı, kaş məni atardı, ancaq sağ olaydı. Bilərdim ki, yaşayır. Mən yenə də onu bağışlayardım. Valideyni bağışlamamaq olar heç?! Ananın heç vaxt səhvi olmur. Ana anadır".

Onun fikirlərini bəyənməyən Zülfiyyə Bayramova Mətanət Əsədovanın publikaya işlədiyini deyib.

"O sevgidən məhrum olmusansa, onu yaşamamısansa, durub belə danışa bilmərsən. Qabağına qoyub danlayırsan. Siz ana tərəfindən atılmamısız deyə, belə danışırsız",-deyə hüquqşünas səsini ucaldıb.

Z.Bayramovanın bu reaksiyasına müğənni sakit qalmayıb: "Niyə qışqırırsan? Mənimlə niyə dava edirsən? Mən öz fikirlərimi deyirəm. Sakit danış zəhmət olmasa. Nə qədər qışqırsan da mənim üçün ana heç vaxt günahkar ola bilməz".

Xəyalə Rza


SON XƏBƏRLƏR

12 Oktyabr 2024