"Mənim kimi qolu-qanadı qırılan, problemlər yaşayan, cürəbəcürə hadisələri ötüşdürən insan deyərəm ki, elə mən özümüməm, məndən başqası yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Xəbər ətər" verilişində deyib.
İfaçı yaşadığı çətin günlərdən danışaraq köks ötürüb:
"İnanmıram ki, hansısa bir insan mənim rastlaşdığım problemlərlə, müsibətlərlə rastlaşsın. Amma mən yenə də özüm özümə deyirəm ki, "Allah betərindən saxlasın". Mən heç kimə aqressiyamı ötürmürəm. Mənim əlim quruyar. Heç kimlə işim yoxdur. Heç kim də mənə maraqlı deyil".
Ziyafət Əlisoy
















