Biləsuvar rayonunda meyvə və giləmeyvə yığımı yekunlaşıb.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, bu mövsüm 1 680,4 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. Ümumilikdə 9 260,55 ton məhsul əldə olunub. Ötən mövsüm isə bu rəqəm 9 138,47 ton təşkil edib.
Rayon ərazisində əsasən nar, gilas, alça, badam, ərik kimi meyvə və giləmeyvə sahələri mövcuddur.