• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

CƏMİYYƏT

01 Fevral 2025 | 17:01 | Müəllif: Gülşən Şərif

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcəyini açıqlayıb.

Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026